Bakı. İlhamə İsabalayeva - Trend:
Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəli oğlu Baxşəliyev öz xahişi ilə tutduğu vəzifəsindən azad edilib.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.
Digər əmrə əsasən, Dadaşova Gülnaz Mahir qızı Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin edilib.