...

Zakir Qaralov: Göyçayda körpünün dağılmasına görə dövlətə dəymiş 10 milyon manata yaxın ziyan ödənilib

Gündəm Materials 28 Sentyabr 2018 10:56 (UTC +04:00)
Cinayət işi Göyçayda körpünün uçulmasından öncə açılmışdı.
Zakir Qaralov: Göyçayda körpünün dağılmasına görə dövlətə dəymiş 10 milyon manata yaxın ziyan ödənilib

Bakı. Samir Əli - Trend:

Cinayət işi Göyçayda körpünün uçulmasından öncə açılmışdı. Həmin cinayət işi şikayət əsasında konkret şəxslərlə bağlı başlanılıb. Bu məsələ ilə bağlı ümumilikdə 7 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Zakir Qaralov deyib.

Z.Qaralov bildirib ki, onlardan 5-i hüquqi, 2-si isə fiziki şəxsdir. Hazırda bu iş üzrə məhkəmə istintaqı aparılır:

"Baş Prokurorluq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika üzrə hüquqi araşdırmalar aparır. Bu sahədə çoxsaylı qanun pozuntuları aşkar edilib. Qanun pozuntuları ilə bağlı 17 cinayət işi məhkəmələrə göndərilib, dövlətə dəymiş 10 milyon manata yaxın ziyan ödənilib. Bu istiqamətdə işlər davam etdirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti