...

Daş Zirə adası yaxınlığında icazəsiz balıq ovlayan şəxslər saxlanılıb

Gündəm Materials 29 Sentyabr 2018 11:09 (UTC +04:00)
Daş Zirə adası yaxınlığında icazəsiz balıq ovlayan şəxslər saxlanılıb.
Daş Zirə adası yaxınlığında icazəsiz balıq ovlayan şəxslər saxlanılıb

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti, Su Nəqliyyatında Polis İdarəsi əməkdaşları ilə birgə Zığ qəsəbəsi istiqamətində Daş Zirə adası yaxınlığında keçirdikləri reyd zamanı icazəsiz balıq ovlayan şəxslər saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı ov edən şəxslərin Bakı şəhər sakinləri Telman Məmmədov və Aslan Quliyev olduğu müəyyən edilib, onlardan müxtəlif növ balıqlar, ov alətləri və rezin qayıq götürülüb.

Balıq ehtiyatlarına vurulan ziyan hesablanaraq brakonyerlər barəsində ümumilikdə 1463 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti