...

Moskvada Azərbaycanın nar bayramı qeyd edilib

Gündəm Materials 7 Oktyabr 2018 12:00 (UTC +04:00)
Artıq ötən ildən Moskvada qeyd edilməyə başlayan nar bayramı bu il oktyabrın 6-da Yekaterina bağında təşkil olunub.
Moskvada Azərbaycanın nar bayramı qeyd edilib

Bakı. Trend:

Artıq ötən ildən Moskvada qeyd edilməyə başlayan nar bayramı dünən Yekaterina bağında təşkil olunub.

Trend-in məlumatına görə, tədbirin təşkilatçısı Rusiya azərbaycanlılarının Federal milli-mədəni muxtariyyətidir.

Tədbir milli musiqi, rəqs nömrələri ilə daha da rəngarəng olub.

İştirakçılara nar və nar məhsulları ilə yanaşı, içinə nar əlavə olunmuş ləzzətli milli mətbəx nümunələri təqdim olunub. Bu maraqlı bayrama qatılanlar plov, qutab, kabab, cız-bız kimi yeməklərə də qonaq olublar.

Sirk ustaları və sehrbazların iştirakı isə tədbiri daha da maraqlı edib.

Qeyd edək ki, Azərbaycanda hər il nar festivalı keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti