...

ETSN: Sürüşmə ocağında aktivlik qalmaqdadır

Gündəm Materials 14 Oktyabr 2018 15:35 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində saat 15:00-a olan vəziyyət barədə məlumat açıqlayıb.
ETSN:  Sürüşmə ocağında aktivlik qalmaqdadır

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində saat 15:00-a olan vəziyyət barədə məlumat açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Trend-ə verilən məlumata görə, sürüşmə zonasında müşahidələr davam etdirilib. Saat 15:00 -a olan məlumata əsasən sürüşmə ocağında aktivlik qalmaqdadır. Lakin sürüşmə kütləsində ciddi dəyişiklik baş verməyib. Hazırda sürüşmə kütləsini təşkil edən süxur qırıntılarının yola hərəkəti müşahidə olunur. Eyni zamanda srüşmənin üst hissəsindəki fərdi tikililərin hasarlarında sürüşməyə tərəf hissədə çatlar və oturmalar qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti