...

ETSN: Sürüşmənin sol hissəsində toplanmış qrunt kütləsində yeni çatlar qeydə alınıb

Gündəm Materials 21 Oktyabr 2018 18:15 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdar qəsəbəsində sürüşmə sahəsindəki son vəziyyətlə bağlı məlumat yayıb.

Qərargahdan Trend-ə verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır: "Sürüşmənin yuxarı hissəsində kəsilmiş yamacda uçqun-töküntu prosesi və qruntun lokal sahədə yerdəyişməsi müşahidə edilir. Sürüşmənin sol hissəsində toplanmış qrunt kütləsində yeni çatlar qeydə alınıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti