...

Yağış gündüz saatlarında da davam edəcək

Gündəm Materials 6 Noyabr 2018 10:46 (UTC +04:00)
Bu gün gündüz saatlarında ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Yağış gündüz saatlarında da davam edəcək

Bakı. Trend:

Bu gün gündüz saatlarında ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gündüz saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 13-15 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu 11-16, dağlarda 3-7 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti