...

Yaponiya Azərbaycan vətəndaşlarına çoxdəfəlik viza verilməsi prosesini sadələşdirib

Gündəm Materials 22 Noyabr 2018 22:47 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Yaponiya bu ilin oktyabr ayından Azərbaycan vətəndaşlarına çoxdəfəlik viza verilməsi prosesini sadələşdirib.

Trend-in məlumatına görə, bunu Yaponiyanın Azərbaycandakı səfiri Teryuki Katori Yaponiya imperatorunun doğum gününə həsr olunmuş tədbirdə bildirib.

Səfir qeyd edib ki, hər il təxminən 30 milyon turist Yaponiyaya səfər edir. Diplomatın sözlərinə görə, turistlərin axını artmaqdadır.

Tədbirdə iştirak edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə əlavə edib ki, iki ölkə arasında hər zaman dostluq və tərəfdaşlıq münasibətləri olub: "Azərbaycan və Yaponiya dünyada sülh və təlükəsizliyə həmişə töhfə verib. Yaponiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi mühümdür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti