...

Bakı-Batumi avtomobil yolunun istifadəyə veriləcəyi TARİX açıqlanıb

Gündəm Materials 23 Noyabr 2018 16:53 (UTC +04:00)
2021-ci ildə beynəlxalq standartlara cavab verən müasir Bakı-Batumi avtomobil yolu istifadəyə veriləcək
Bakı-Batumi avtomobil yolunun istifadəyə veriləcəyi TARİX açıqlanıb

Bakı. Trend:

2021-ci ildə beynəlxalq standartlara cavab verən müasir Bakı-Batumi avtomobil yolu istifadəyə veriləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayev qeyd edib ki, Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun genişləndirilməsi layihəsi də 2021-ci ildə başa çatacaq.

Bundan başqa, Gürcüstan Tbilisi-Azərbaycan dövlət sərhədi yolunun tikintisini başa çatdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti