...

Bu gün Bakı metrosunda baş vermiş ölümün SƏBƏBİ məlum oldu

Gündəm Materials 20 Fevral 2019 12:23 (UTC +04:00)
Bakıda metroda 58 yaşlı kişinin ölüm səbəbi məlum olub.
Bu gün Bakı metrosunda baş vermiş ölümün SƏBƏBİ məlum oldu

Bakı. Samir Əli - Trend:

Bakıda metroda 58 yaşlı kişinin ölüm səbəbi məlum olub.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, stansiyada dünyasını dəyişən Zaqatala rayon sakini, 1961-ci il təvəllüdlü Ömərov Hidayət Şaban oğlu ürək xəstəliyindən əziyyət çəkirmiş: "Səhər saatlarında metronun "Nərimanov" stansiyasının girişində özünü pis hiss edib. Bir neçə dəqiqədən sonra Hidayət Ömərov stansiyaya düşmək istəyərkən girişdə özünü yenidən pis hiss edib və qəfil ürəyi dayanıb".

Məlumata görə, meyit daxili müayinə olunub və onun ürək çatışmazlığından dünyasını dəyişdiyi təsdiqlənib.

Xatırladaq ki, bu gün səhər saat 08:50-də Bakı Metropoliteninin "Nərimanov" stansiyasına daxil olan sərnişin, Zaqatala rayon sakini, 1961-ci il təvəllüdlü Ömərov Hidayət Şaban oğlu stansiyanın girişində dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti