...

Səhiyyə Nazirliyindən Binədə sobanın partlaması nəticəsində yanmış ailə üzvlərinin vəziyyəti barədə AÇIQLAMA

Gündəm Materials 21 Fevral 2019 10:30 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi Suraxanı rayonu, Binə qəsəbəsində odun sobasının partlaması nəticəsində yanıq xəsarətləri almış ailə üzvlərinin vəziyyətləri barədə açıqlama verib.

Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 19-u saat 20:50 radələrində Suraxanı rayonu, Binə qəsəbəsi ərazisindən bir ailənin 4 üzvü yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə gətirilib.

Atanın əl, ananın ayaq nahiyələrində yanıq xəsarətləri olub. Onlar vəziyyətləri yaxşı olduğuna görə evə buraxılıblar.

Ailənin 1 yaşlı övladının bədəninin 80 faizində 3 və 4-cü dərəcəli yanıq xəsarətləri olub. Tənəffüs yolları yanan uşağın vəziyyəti xəstəxanaya gətirilərkən ağır olub. Uşaq dünən 11:20-də dünyasını dəyişib.

Ailənin 2012-ci il təvəllüdlü qız övladının isə bədənin 50-55 faizi yanıb. Ona 3 a və 3 b dərəcəli yanıq diaqnozu qoyulub, uşağın vəziyyəti ağır stabildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti