Bakı. Trend:
“Aston Martin” şirkəti Ceyms Bond haqqında 25-ci filmdə əsas qəhrəmanın sürəcəyi yeni avtomobili təqdim edib.
Trend-in məlumatına görə, ilk “Rapide E” elektromobili Şanxayda beynəlxalq avtoşouda nümayiş etdirilib.
Qeyd olunur ki, avtomobil ümumilikdə 610 gücü olan iki elektromühərriklə təchiz olunub.
Avtomobilin sürəti saatda 100 kilometrə çatacaq.
“Aston Martin” 155 ədəd “Rapide E” elektromobilinin buraxılacağını bildirib.