Bakı. Trend:
"Subaru Motor" şirkəti Rusiyada 52 mindən çox avtomobili geri çağırıb.
Trend-in məlumatına görə, qərar mühərrikin klapan yaylarının mümkün dağılması ilə əlaqədardır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2009-2016-cı illərdə istehsal olunmuş "Impreza", "Forester", XV və BRZ modellərinə şamil olunur.
Qeyd edək ki, təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.