...

UEFA nümayəndələri Bakı Olimpiya Stadionunun ot örtüyünə ən yüksək qiyməti veriblər

Gündəm Materials 27 May 2019 21:52 (UTC +04:00)
Mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq UEFA Avropa Liqasının final qarşılaşması ilə əlaqədar UEFA nümayəndələri stadionun ot örtüyünə oyunöncəsi sonuncu baxış keçiriblər
UEFA nümayəndələri Bakı Olimpiya Stadionunun ot örtüyünə ən yüksək qiyməti veriblər

Bakı. Trend:

Mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq UEFA Avropa Liqasının final qarşılaşması ilə əlaqədar UEFA nümayəndələri stadionun ot örtüyünə oyunöncəsi sonuncu baxış keçiriblər.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti ən yüksək qiymətlə - 5 ulduzla qiymətləndiriblər.

Xatırladaq ki, İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu yerli vaxtla saat 23:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti