Bakı. İlhamə İsabalayeva - Trend:
Yerli şirkətlər gələn qonaqlarını sığortalamalıdır. Amma biz turistin ölkəyə girən zaman mütləq şəkildə sığortalanması təşəbbüsü ilə çıxış etmirik.
Trend-in məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib.
Onun sözlərinə görə, ölkəyə gələn turistlər üçün tibbi sığortanın dövlət tərəfindən qarşılanması və ya onların özləri tərəfindən təmin edilməsi düşünülmür.
Bunun məhdudlaşdırıcı faktor kimi qəbul oluna biləcəyini deyən F.Zenqstşmid onu da əlavə edib ki, Azərbaycan üçün Rusiya bazarı daim ən perspektivli və böyük bazar olub:
"Rusiyadan gələn turistlər hər zaman Azərbaycan üçün əhəmiyyətli olublar. Bu yay ərzində və ilin sonuna qədər rusiyalı turistlərin ölkəmizə gələcəyinə ən ümid edirik. Biz bir neçə dəfə sübut etmişik ki, Azərbaycan bir çox qonaqları kəmiyyət cəhətdən qəbul edə bilib. Turistləri ölkəmizə cəlb etməklə yanaşı, istərdik ki, yerli turistlər də bölgələrimizdə istirahət etsinlər. Bunun üçün də biz regionlarımızı inkişaf etdiririk".