...

Qanunsuz yolla keçirdiyi siqaretləri nəqliyyat vasitəsində gizlədən Azərbaycan vətəndaşı saxlanıldı

Gündəm Materials 12 İyul 2019 13:04 (UTC +04:00)
"Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz E 220 CDI" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Qanunsuz yolla keçirdiyi siqaretləri nəqliyyat vasitəsində gizlədən Azərbaycan vətəndaşı saxlanıldı

Bakı. Trend:

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz E 220 CDI" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa sağ təkərinin üst hissəsində olan örtüyün arxasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş 3400 ədəd "Parliament Heets Green Zing" markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti