...

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminin NƏTİCƏLƏRİ açıqlanıb

Gündəm Materials 15 Avqust 2019 13:58 (UTC +04:00)
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminin NƏTİCƏLƏRİ açıqlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Nəticələrə əsasən, 3728 namizəd vakant yer tutub.

Müsabiqənin yekun – müsahibə mərhələsinə avqustun 19-da start veriləcək. Müsahibənin keçiriləcəyi yer və tarix barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Müsahibə mərhələsində namizədlərin peşə səriştələri, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti