...

Yanacaqdaşıyan maşında olan problem yolda tıxac yaratdı (FOTO)

Gündəm Materials 23 Avqust 2019 13:12 (UTC +04:00)
Bakıda yük maşınında yaranan problem yolda sıxlığa səbəb olub.
Yanacaqdaşıyan maşında olan problem yolda tıxac yaratdı (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda yük maşınında yaranan problem yolda sıxlığa səbəb olub.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat veriblər.

Belə ki, Heydər Əliyev prospektində (Bağırov körpüsünün üzərində - “Koroğlu” m/st. istiqamətində) yanacaqdaşıyan avtomobildə texniki nasazlıq yaranıb.

Bu səbəbdən də Heydər Əliyev prospekti, kənar yol şəhər istiqamətində və yol ötürücüsünün üzərində nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb, sıxlıq müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti