...

Bakının mərkəzində "Opel" aşdı, yolda sıxlıq yarandı

Gündəm Materials 19 Sentyabr 2019 12:15 (UTC +04:00)
Bakıda yol qəzası baş verib.
Bakının mərkəzində "Opel" aşdı, yolda sıxlıq yarandı

Bakı. Samir Əli - Trend:

Bakıda yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, "Port Baku" kompleksinin qarşısında olub.

Neftçilər prospekti ilə hərəkətdə olan "Opel" markalı avtomobil qəfil idarəetməni itirərək yoldan çıxıb. Avtomobil yolun kənarına dəyərək aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, yolda sıxlıq yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti