...

Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB

Gündəm Materials 5 Noyabr 2019 13:07 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) müxtəlif kütləvi informasiya vasitələrində keyfiyyətsiz şprislərin dövriyyəyə buraxılması barədə yayılan məlumatlara münasibət bildirib.

Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, AEM-ya standartlara uyğun olmayan şiprislərlə bağlı şikayət daxil olmayıb:

"Tövsiyə edilir ki, vətəndaşların hər hansı şikayəti yarandığı təqdirdə qurumun "Qaynar xətt" nömrələrinə (012 596 07 12, 012 594 57 27, 012 594 57 37) zəng edərək, email ünvanına ([email protected]) yazaraq və ya AEM-in "Bir Pəncərə" xidmətinə yaxınlaşaraq şikayətini bildirsinlər. Hər bir şikayət dərhal araşdırılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti