...

Bakıda su borusu partladı - Hadisə yerinə "Azərsu"nun əməkdaşları cəlb olundu

Hadisə Materials 12 Noyabr 2019 10:38 (UTC +04:00)
Ötən gecə Bakıda su borusunun partlaması nəticəsində qəza baş verib.
Bakıda su borusu partladı - Hadisə yerinə "Azərsu"nun əməkdaşları cəlb olundu

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gecə Bakıda su borusunun partlaması nəticəsində qəza baş verib.

Trend-in məlumatına görə, hadisə Nəsimi rayonu, Hüseynbala Əliyev və Hüseyn Seyid-Zahid küçələrinin kəsişməsində qeydə alınıb. Borunun partlaması nəticəsində yolu su basıb.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Trend-ə bildirib ki, qəzaya səbəb boruda yaranan nasazlıq olub:

"Gecə adıçəkilən küçələrin 7-9 ünvanlarında 100 diametrlik boru partlayıb və nəticədə küçəyə qısa müddətdə su axıntısı baş verib. Hadisə yerinə cəlb olunan "Azərsu"nun əməkdaşları problemi aradan qaldırıb. Ərazidə olan evlərin heç birinə suyun verilişində problem yaranmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti