...

Azərbaycanda 2020-ci ilin ilk qarı - Şamaxı və Qaxdan görüntülər (FOTO)

Gündəm Materials 3 Yanvar 2020 13:44 (UTC +04:00)
Yanvarın 2-si axşamdan 3-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.
Azərbaycanda 2020-ci ilin ilk qarı - Şamaxı və Qaxdan görüntülər (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Yanvarın 2-si axşamdan 3-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1.0-2.0 mm; Lənkəran-Astara zonasında 7.0-29.0 mm, Böyük Qafqazda 2.0-14.0 mm Mərkəzi Aran rayonlarında 1.0-4.0 mm; Qazax-Gəncə zonasında 1.0-3.0 mm Kiçik Qafqazda 1.0-2.0 mm; Naxçıvan MR-da, Ağdərədə 1.0 mm olub.

Qar örtüyünün hündürlüyü Sarıbaş (Qax), Kişçayda (Şəki) 15 sm, Xaltanda 9 sm, Şamaxıda 8 sm, Şahdağda 7 sm, Altıağacda 6 sm, Qırızıda 5 sm, Xınalıq, Mərəzədə 4 sm, Ağdərə, Göygöldə 2 sm, Qusar, Gədəbəy, Qubada 1 sm-ə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-7° isti, aran rayonlarında 2-6° isti, dağlıq rayonlarda 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 9-11° şaxta olub.

Trend Şamaxı və Qaxa yağa qardan fotoları təqdim edir.

FOTO - Eltun Rəcəbli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti