Bakı. Samir Əli - Trend:
Ağstafa rayon icra hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyevin oğlu işdən çıxarılıb.
Trend-in məlumatına görə, bu barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev məlumat verib.
O bildirib ki, Ramal Quliyevin müraciəti əsasında Baş prokurorun müvafiq əmri ilə o tutduğu vəzifədən azad olunub.
Xatırladaq ki, R.Quliyev Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiq idi. N.Quliyev bir müddət əvvəl Dövlət Təhlüləsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunub.