...

Bakıda 2 avtobusun toqquşmasında xəsarət alanların ADLARI məlum oldu

Gündəm Materials 30 Yanvar 2020 16:07 (UTC +04:00)

Bakı. Samir Əli, Ceyhun Ələkbərov - Trend:

Bakıda avtobus qəzasında xəsarət alan 4 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alan 3 nəfər-1970-ci il təvəllüdlü Quliyev İbrahim İnqilab oğlu, 1961-ci il təvəllüdlü Hacıyev İsaxan İbrahim oğlu və 1970-ci il təvəllüdlü Seyfullayev Qaraş Mirzəxan oğlu mərkəzin reanimasiya şöbəsinə, 1 nəfər isə travmatologiya şöbəsinə qəbul ediliblər. Hazırda xəstələrin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, bir qədər əvvəl paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospektində iki sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

3-cü mikrorayon dairəsi istiqamətində hərəkət edən (90 LF 973 Dövlət Qeydiyyat Nişanlı) minik avtomobilin sürücüsünün qəfil əyləci sıxması nəticəsində minik avtomobilin arxası ilə hərəkətdə olan “İ-Qafqaz” şirkətinin müvəqqəti istismarında olan 211 nömrəli marşrut xətti üzrə sərnişin avtobusu (10 TG 263 Dövləq Qeydiyyat Nişanlı) avtomobillə toqquşub. Eyni istiqamətdə hərəkətdə olan Xaliq Faiqoğlu şirkətinin müvəqqəti istismarında olan 85 nömrəli marşrut xətti üzrə sərnişin avtobusu (99 JP 595 Dövlət Qeydiyyat Nişanlı) isə 211 nömrəli avtobusa dəyib. Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alanlar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti