Bakı. Samir Əli - Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dainis Qarançs ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və Latviya arasında ətraf mühit sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri, həmçinin iki ölkə arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib.