...

ÜST koronavirusu pandemiya elan edib

Gündəm Materials 11 Mart 2020 21:26 (UTC +04:00)
Ümumdünya Səhiyyə Təşkilatı( ÜST) yeni tip koronavirusu pandemiya elan edib
ÜST koronavirusu pandemiya elan edib

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı( ÜST) yeni tip koronavirusu pandemiya elan edib.

Trend-in məlumatına görə, bu barədə qurumun baş katibi Tedros Adanom Gebreisus Cenevrədə keçirdiyi brifinqdə məlumat verib.

"Kroronavirus COVİD-19-un pandemiya olaraq dəyərləndirmək qənaətinə gəldik", - baş katib deyib. O xatırladıb ki, xəstəlik hazırda 114 ölkədə mövcuddur.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 122 235-ə çatıb. Bunların 66 993 nəfəri sağalıb, 4 391 nəfəri isə ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti