...

Bakıda ictimai nəqliyyatda qaydalara əməl etməyən 42 nəfər cərimələnib (FOTO)

Gündəm Materials 18 İyun 2020 17:50 (UTC +04:00)
Bakıda ictimai nəqliyyatda qaydalara əməl etməyən 42 nəfər cərimələnib (FOTO)

Bakı. Samir Əli - Trend:

Koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtın Nərimanov rayonunda ictimai nəqliyyatdan istifadə edən sərnişinlər arasında profilaktik tədbirlər keçirilib.

Trend-in məlumatına görə, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şərnişinlər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə qaydalara əməl etməyən 42 nəfər barəsində inzibati xəta haqqında protokol tərtib olunub.

Qeyd edək ki, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti