...

Saatlı rayonuna prokuror əvəzi təyin edildi

Gündəm Materials 25 İyun 2020 15:30 (UTC +04:00)
Saatlı rayon prokuroru vəzifəsini icra edən şəxs müəyyən edilib.
Saatlı rayonuna prokuror əvəzi təyin edildi

Bakı. Samir Əli - Trend:

Saatlı rayon prokuroru vəzifəsini icra edən şəxs müəyyən edilib.

Trend-in məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun əmri ilə Baş Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəis müavini Adil Vəliyev tutduğu vəzifədən azad edilib, ona Saatlı rayon prokuroru vəzifəsini icra etmək həvalə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti