...

Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin son vəziyyəti açıqlandı - RƏSMİ

Gündəm Materials 9 İyul 2020 16:05 (UTC +04:00)
Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin son vəziyyəti açıqlandı - RƏSMİ

Bakı. Samir Əli - Trend:

Mərkəzi Gömrük Hospitalı koronavirusa yoluxan həkim Cavid Paşayevin səhhəti ilə bağlı məlumat yayıb.

Hospitaldan Trend-ə verilən məlumatda bildirilir ki, son günlər Cavid Paşayevin səhhəti ilə bağlı sosial şəbəkələrdə müxtəlif suallar verilir və cürbəcür şayiələr yayılır: "Mərkəzi Gömrük Hospitalının mətbuat xidməti rəsmi olaraq bildirir ki, koronavirusa yoluxmuş ATU-nun Tədris Cərrahiyyə Klinikasının anesteziologiya və reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin müalicəsi 8 iyul tarixindən Mərkəzi Gömrük Hospitalının reanimasiyası şöbəsində davam etdirilir.

Cavid Paşayevin vəziyyətində son günlər mənfi dinamika qeyd olunduğundan o, ATU-nun rektoru Gəray Gəraybəyli ilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov arasında aparılan danışıqlar əsasında ATU-nun Tədris Cərrahiyyə Klinikasından Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə transfer edilib. Hal-hazırda Cavid Paşayevin ümumi vəziyyəti stabil ağır olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti