...

Bu halda obyektlərin fəaliyyəti ilə bağlı müəyyən məhdudlaşdırma tədbirləri görülə bilər

Gündəm Materials 25 Sentyabr 2020 17:07 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

Koronavirusa yoluxma statistikasında kəskin artım baş verərsə və bu, idarəolunmaz səviyyəyə çatarsa, obyektlərin fəaliyyəti ilə bağlı müəyyən məhdudlaşdırma tədbirləri keçirilə bilər.

Trend-in məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov bunu pandemiya ilə əlaqədar sahibkarların mövcud təlimatlara əməl etməyəcəyi halda, ictimai iaşə obyektlərinin bağlana biləcəyi ilə bağlı fikrə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bütün dünya ölkələri kimi, Azərbaycan da pandemiya ilə mübarizədə yeni təcrübələr əldə edir. Yeni təcrübələr imkan verir ki, məsələ daha az məhdudlaşmaya getməklə tənzimlənsin: “Hazırda əsas məsələ fiziki məsafənin qorunması, fərdi gigiyena qaydalarına əməl edilmə, tibbi maskadan istifadə edilmədir: “Bunlara əməl edilsə, yoluxma sayı da azala bilər. Amma sözsüz ki, bu məsələ ilə bağlı əsas qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti