...

Niderland televiziyasında erməni təxribatından danışılıb

Gündəm Materials 7 Oktyabr 2020 17:47 (UTC +04:00)
Niderland televiziyasında erməni təxribatından danışılıb

Bakı. Trend:

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın Niderlandda fəaliyyət göstərən “Dəniz TV”-yə müsahibə verib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, İlhan Aşkın müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışıb, Xocalı soyqırımını xatırladıb. Bildirib ki, ermənilər azərbaycanlılara qarşı xeyli sayda soyqırımlar, qırğınlar törədib.

Hazırda Azərbaycanın öz torpağında Ermənistana qarşı savaşdığını diqqətə çatdırıb. Qeyd edib ki, ermənilər bizim torpaqlardan çıxmalıdırlar ki, regionda sülh olsun. O, bir çox böyük dövlətlərin məsələyə 30 ildir laqeyd münasibət göstərdiklərini deyib və bildirib ki, Azərbaycan sülh tərəfdarı olsa da ən son erməni əsgəri o torpaqlardan çıxmayınca danışıqlardan bəhs etməyin bir anlamı yoxdur.

İşğal olunmuş ərazilərdə Azərbaycanlılara məxsus məzarlara, abidələrə hörmətsizlik edildiyini diqqətə çadıran təşkilat rəhbəri Azərbaycan xalqının ən böyük istəyinin öz torpaqlarına geri dönmək olduğunu bildirib. Qeyd edib ki, ehtiyac olduğu təqdir də o da ailə üzvləri ilə birgə torpaqlarımızın işğaldan azad olunmasında iştirak edəcək.

Müsahibəni bu linkdən izləmək olar:

Xəbər lenti

Xəbər lenti