...

Ölkə üzrə ən çox yoluxma Bakıdadır - 55,9 faiz

Gündəm Materials 19 Oktyabr 2020 11:31 (UTC +04:00)
Ölkə üzrə ən çox yoluxma Bakıdadır - 55,9 faiz

Bakı. Samir Əli - Trend:

Azərbaycan üzrə ən çox koropnavirusa yoluxma faktı yenə də Bakı şəhərində qeydə alınıb.

Trend-in "Koronavirus.info" saytına istinadən yaydığı xəbərə görə, ölkə üzrə ümumi yoluxmanın 55.9 faizi paytaxtın payına düşür.

Bakıdan sonra 14. 9 faiz yoluxma Abşeronda qeydə alınıb. Ölkə üzrə yoluxmanın 10.4 faizi Aran zonasında, 6.5 faizi Gəncə-Qazaxda , 4.1 faizi Lənkəranda, 2.4 faizi Quba-Xaçmazda, 2.3 faizi Şəki-Zaqatalada, 1.5 faizi Dağlıq Şirvanda, 1.0 faiz isə Yuxarı Qarabağdadır.

Naxçıvanda yoluxma 0.09 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti