...

Moskvada koronavirusdan ölənlərin sayı 9 645 nəfərə çatıb

Gündəm Materials 10 Dekabr 2020 02:57 (UTC +04:00)
Moskvada koronavirusdan ölənlərin sayı 9 645 nəfərə çatıb

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 74 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 74 xəstə dünyasını dəyişib".

Ümumilikdə pandemiyanın başlayandan paytaxtda virusa 665,2 min nəfər yoluxub, 507,1 minnəfər xəstəlikdən sağalıb, koronavirus təsdiqlənən 9 645 nəfər ölüb.

Rusiya Federasiyasındakı günlük COVID-19 virusuna yoluxma sayı 26 190 hal təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti