...

Qubada sərt karantin rejiminə nəzarət gücləndirilib (FOTO)

Gündəm Materials 14 Dekabr 2020 15:36 (UTC +04:00)
Qubada sərt karantin rejiminə nəzarət gücləndirilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus pandemiyası ilə əlaqədar həyata keçirilən sərt karantin rejimi qaydalarına riayət edilməsi istiqamətində bütün zəruri təxirəsalınmaz tədbirlər görülür.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, RPŞ-nin PPXB-nin əməkdaşları rayonun bütün küçə və prospektlərində, eləcə də parklarda vətəndaşlar ilə mütəmadi olaraq maarifləndirici söhbətlər apararaq onlara evdə qalmalarını tövsiyələr edir, zərurət yarandığı halda isə yalnız icazə sistemi vasitəsilə icazə aldıqdan sonra yaşadıqları yerləri tərk etmələrini çatdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti