...

ÜST eksperti vaksinasiya planının hazırlanması üçün Azərbaycana səfər edəcək

Gündəm Materials 16 Dekabr 2020 11:38 (UTC +04:00)
ÜST eksperti vaksinasiya planının hazırlanması üçün Azərbaycana səfər edəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

COVİD-19-a qarşı Azərbaycana hansı vaksinin gətirilməsindən asılı olmayaraq, onun çox faydalı olacağını hesab edirik.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, ÜST vaksinasiya ilə bağlı prosesləri izləyir:

"ÜST təcili durum şəraitində bu vaksinlərin alınması üçün gərəkli tövsiyələrini çox yaxın vaxtlarda dünyaya açıqlayacaq”.

H.Harmancı qeyd edib ki, hazırda Azərbaycanda vaksinasiya planı hazırlanır: “Biz də buna texniki dəstək veririk. Çox yaxın vaxtlarda bununla bağı ÜST eksperti də Azərbaycana gələrək hökumətə yardım edəcək. Bu vaksinin nə zaman və nə qədər alınacağı da çox önəmlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti