...

Mindən çox şəxsi postlardan keçmək üçün qanunsuz işə götürən şirkət təsisçisinə cinayət işi açılıb

Gündəm Materials 8 Yanvar 2021 12:19 (UTC +04:00)
Mindən çox şəxsi postlardan keçmək üçün qanunsuz işə götürən şirkət təsisçisinə cinayət işi açılıb

Bakı. Samir Əli - Trend:

Mindən çox şəxsi qanunsuz işə götürən şirkət təsisçisinə cinayət işi açılıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Daxili İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində şirkət təsisçisi və direktoru olan Bakı şəhər sakini S.Hüseynzadənin 1190 nəfər vətəndaşın karantin postlarından sərbəst hərəkət etmələri üçün onları öz şirkətinə 10-50 manat pul müqabilində qanunsuz olaraq işə götürməsi müəyyən edilmişdir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti