...

Vaşinqtonda yüzlərlə milli qvardiyaçı koronavirusa yoluxdu

Gündəm Materials 23 Yanvar 2021 07:48
Vaşinqtonda yüzlərlə milli qvardiyaçı koronavirusa yoluxdu

Trend-i buradan izləyin

Bakı. Trend:

6 yanvar iğtişaşlarından sonra paytaxt Vaşinqtona göndərilən yüzlərlə ABŞ-ın milli qvardiya əsgəri koronavirus xəstəliyinə tutulub və şəhər otellərində karantina alınıblar.

Trend TASS-a istinadən xəbər verir ki, ABŞ Senatının profil komitəsi hazırda vəziyyəti araşdırır.

Məlumata əsasən, qvardiyaçılar bildiriblər ki, virusa qarşı kifayət qədər tədbirlər görülməyib. Paytaxta gələn əsgərlərin əksəriyyəti koronavirus testindən keçməyib. Bəzi hərbçilərin yalnız hərarətləri ölçülüb və yoluxanlarla mümkün əlaqə barədə soruşulub. Bundan əlavə, hərbçilər dar şəraitdə iolduqları və sosial məsafəni qorumadıqları bildirilir. Qvardiyaçıların əksəriyyətinin Vaşinqtona gəlmədən əvvəl yoluxmaları ehtimal edilir.

Xatırladaq ki, hazırda ölkə paytaxtında 6 yanvar iğtişaşlarından sonra yerli hüquq-mühafizə orqanlarına küçələrdə asayişi təmin etməyə kömək üçün Vaşinqtona çağrılan 26 000 milli qvardiya hərbçisi yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti