...

Bakıda kran yolu bağladı, küçədə tıxac yarandı (FOTO)

Gündəm Materials 3 Fevral 2021 15:52 (UTC +04:00)
Bakıda kran yolu bağladı, küçədə tıxac yarandı (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakıda qaldırıcı kran avtomobillərin hərəkətinə mane olub.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib:

"Hazırda Təbriz-Tələt Şıxəliyev küçələrinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər müşahidə olunur. Kəsişməyə yaxın hissədə qaldırıcı kranın işləməsi yolda tıxaca səbəb olub.

Əsaslı səbəb olmadan nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi vaxtda bu cür təmir-tikinti işlərinin aparılmasından daha çox ictimai nəqliyyat istifadəçiləri əziyyət çəkir.
Vətəndaşların rahatlığını nəzərə alaraq belə hallara yol verən şəxsləri işlərini qanunvericiliklə müəyyən olunan qaydalara uyğun icra etməyə çağırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti