...

Qəza baş verən prospektdə hərəkət qismən bərpa olunub (FOTO) (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 19 Fevral 2021 11:42 (UTC +04:00)
Qəza baş verən prospektdə hərəkət qismən bərpa olunub (FOTO) (ƏLAVƏ OLUNUB)

Bakı. Samir Əli - Trend:

Heydər Əliyev prospektində qəza baş verən hissədə yük avtomobili kənara çəkilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, hərəkət qismən bərpa olunub. Yolda sıxlıq var.

X X X

Heydər Əliyev prospektində köməkçi yolda hərəkət tam olaraq dayanıb.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bütün ekspress və müntəzəm xətt avtobusları hazırda şəhər istiqamətində hərəkət edə bilmir.

Səbəb şəhər istiqamətində köməkçi yolda yol nəqliyyat hadisəsi baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti