...

Türkiyəli həkimlər qazilərimizin müayinəsini davam etdirir (FOTO)

Gündəm Materials 24 Fevral 2021 13:36 (UTC +04:00)
Türkiyəli həkimlər qazilərimizin müayinəsini davam etdirir (FOTO)

Bakı. Samir Əli - Trend:

"YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər Vətən müharibəsində ağır yaralanmış qazilərimizin müayinələrini davam etdirirlər.

Fonddan Trend-ə verilən məlumata görə, həkim heyətinin tərkibində ortoped, beyin cərrahı, ümumi cərrah və digər ixtisaslı həkimlər var.

Xatırladaq ki, “YAŞAT” Fondunun dəstəyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə Respublikasından həkim heyəti ölkəmizə gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti