...

"Azərişıq" smart kart ödənişlərində problem yaranacağı iddiaları barədə açıqlama verib

Gündəm Materials 28 Fevral 2021 16:57 (UTC +04:00)
"Azərişıq" smart kart ödənişlərində problem yaranacağı iddiaları barədə açıqlama verib

Bakı. Trend:

"İnformasiya sistemində aparılacaq yenidənqurma işləri nəticəsində smart kart ödənişlərində 10 günlük problem yaranacağı haqqında sosial şəbəkələrdə yayılmış, abonentlər arasında çaşqınlıq yaradan məlumatlar dogru deyil və həqiqəti əks etdirmir".

Trend xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin yaydığı məlumatda qeyd edilir.

"Azərişıq" istehlakçıları belə məlumatlara inanmamağa çağırır:

"Bütün abonentlərimiz, o cümlədən smart kart istifadəçiləri də, hər zaman ödəniş etdikləri qaydada istədikləri vaxtda və yerdə rahatca ödənişlərini apara bilərlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti