...

Restoranda nişan mərasimi dayandırılıb, bir neçə nəfər cərimələnib (FOTO/VİDEO)

Gündəm Materials 5 Aprel 2021 09:30 (UTC +04:00)
Restoranda nişan mərasimi dayandırılıb, bir neçə nəfər cərimələnib (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı şəhər ərazisində yerləşən restoranların birində karantin rejimi qaydalarının pozularaq, nişan mərasiminin keçirilməsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları dərhal həmin obyektə gəlib və rayon sakini Kəmalə Məmişovanın qızına nişan mərasimi təşkil etdiyi aşkarlanıb.

Xüsusi karantin rejimi qaydalarını pozduqları üçün K.Məmişova, qonaqlar və restoran işçiləri barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti