...

Yerevanda əsgər yaxınları Müdafiə Nazirliyinə girməyə çalışdı

Gündəm Materials 9 Aprel 2021 14:08 (UTC +04:00)
Yerevanda əsgər yaxınları Müdafiə Nazirliyinə girməyə çalışdı

Bakı. Orxan Nəbiyev - Trend:

Yerevanda Müdafiə Nazirliyinin əsgər yaxınları tərəfindən mühasirəsi davam edir.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, itkin düşmüş hərbçilərin valideynləri müdafiə naziri Vaqarşak Arutyunyan və baş qərargah rəisi Artak Davtyanla görüş tələb edir.

Bəzi valideynlər nəzarət-buraxılış məntəqəsindən keçərək nazirliyə daxil olmağa çalışıb.

Etirazçılara qarşı polis nəfərlərinin sayı artırılıb.

Qeyd edək ki, əsgər yaxınları ötən gün səhər saatlarından etibarən Müdafiə Nazirliyinin binasına gedən yolları bağlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti