...

Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib (VİDEO)

Gündəm Materials 13 Aprel 2021 10:56 (UTC +04:00)
Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib (VİDEO)

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən sülhməramlı bölmələrdə təlim məşqləri keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə keçirilən məşqlərdə hərbi qulluqçuların döyüş, mənəvi-psixoloji, fiziki, tibbi və xüsusi hazırlığı yoxlanılıb.

Qeyd edək ki, hazırda Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstan və Cənubi Sudanda həyata keçirilən missiyalarda iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti