Sərhəddə 122 kiloqram heroin saxlanılıb

Gündəm Xəbər 22 Aprel 2021 12:42 (UTC +04:00)

Bakı. Trend:

Sərhəddən 122 kiloqram heroin keçirilməsi cəhdinin qarşısı alınıb.

Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sosial şəbəkədə yazıb.

S.Mehdiyev deyib: "Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə gömrük orqanlarının səmərəli fəaliyyətinin daha bir uğurlu nəticəsi. Əməliyyatçılarımızın peşəkarlığı nəticəsində 122 kiloqramdan artıq narkotik vasitə-heroinin ölkənin gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alındı".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti