...

Ermənilərin mina xəritələrinin verməməsində məqsəd insalarımıza maksimum ziyan vurmaqdır - ANAMA rəsmisi

Gündəm Materials 27 Aprel 2021 11:37 (UTC +04:00)
Ermənilərin mina xəritələrinin verməməsində məqsəd insalarımıza maksimum ziyan vurmaqdır - ANAMA rəsmisi

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ermənistanın bilərkdən mina xəritələrinin verməməsində məqsəd bu ərazilərin bərpasını, insanların öz yurdlarına geri qayıtmasını ləngitmək və çətinləşdirməkdir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Minalardan Təmizləmə Agentliyi (ANAMA) şöbə müdiri Adil Aslanov deyib.

Onun sözlərinə görə, bununla onlar maksimum dərəcədə insanlarımıza ziyan vurmaq istəyirlər:

“Hər hansısa əraziyə mina döşənərkən mütləq onun xəritəsi tərtib olunur. Ermənilər 30 il ərzində gücülü istehkam quraraq onların ön hissəsinə, həm də arxa hissəsinə kifayət qədər minalar basıdırıb. Məqsdə isə ora gələcək qoşun növünün hərbi texnika və insanların qarşısını almaq olub. Xəritənin əldə olunması ilə bu əraizlərin daha tez təmizləməsinə şərait yaranacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti