...

"EuroHome"un direktoru məhkəmə zalında həbs edilib

Gündəm Materials 27 Aprel 2021 16:28 (UTC +04:00)
"EuroHome"un direktoru məhkəmə zalında həbs edilib

Bakı. Samir Əli - Trend:

"EuroHome" tikinti materialları bazarının direktoru Samir Məmmədov həbs edilib.

Trend-in məlumatına görə, Binəqədi rayon məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə bazarın direktoru Samir Məmmədov və Amil Salmanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə hakim təqsirləndirilən şəxs Samir Məmmədov barəsində olan polis nəzarətində qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənməsi barədə qərardad çıxarıb və o məhkəmə zalında həbs edilib.

Məhkəmənin baxış iclası mayın 6-na təyin edilib.

Qeyd edək ki, "EuroHome" MMC-nin direktoru S.Məmmədov və Amil Salmanov Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozma, eyni əməllər ölümə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ittiham olunur.

"EuroHome" tikinti materialları bazarında ötən il iki dəfə böyük yanğın hadisəsi baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti