...

Kür çayının 53 kilometri sintetik torlardan təmizlənib (FOTO)

Gündəm Materials 29 Aprel 2021 12:16 (UTC +04:00)
Kür çayının 53 kilometri sintetik torlardan təmizlənib (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Kür çayının 53 kilometrdən artıq sahəsi sintetik torlardan təmizlənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən "Təmiz hövzələr" aksiyası çərçivəsində növbəti tədbir Kür çayının Bərdə və Ağcabədi rayonları ərazisindən keçən hissəsində baş tutub.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov qeyd edib ki, aksiyada məqsəd ölkənin su hövzələrində nəzarət tədbirlərini intensivləşdirmək, sivil balıq ovunu təşviq etmək, brakonyerliklə mübarizəyə daha geniş kütləni cəlb etməklə balıq ehtiyatlarının çoxalmasına nail olmaqdır.

Twitter: @JeyhunAlakbar

Məqalədə:
Xəbər lenti

Xəbər lenti