...

Türkiyədə son sutkada koronavirusdan 37 298 nəfər sağalıb

Gündəm Materials 7 May 2021 02:56 (UTC +04:00)
Türkiyədə son sutkada koronavirusdan 37 298 nəfər sağalıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 304 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 42 187 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 22 388 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 4 977 982 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 37 298 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 4 626 799 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti