Bakı. Trend:
Sloveniyada 2020-ci ilin oktyabr ayından ilk dəfə son sutka ərzində koronavirusdan ölüm hadisəsi qeydə alınmayıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Respublikanın Səhiyyə naziri Yanez Poklyukar deyib.
Səhiyyə naziri bildirib: "Son gün 9 sentyabr 2020-ci ildən sonra ilk dəfə gündəlik yoluxmuş xəstəlarin sayı 100-dən aşağı düşüb - cəmi 83 hal. Bu gün, həmçinin, 10 oktyabr 2020-dən ildən indiyədək koronaviruslu xəstələr arasında ölüm qeyd etmədiyimiz ilk gündür".
Ümumilikdə pandemiya başlayandan Sloveniyada 250 288 yoluxmuş xəstə müəyyən edilib, pandemiya qurbanlarının sayı 4 409 nəfər olub.
.